Goranboyda məktəbli müəmmalı şəkildə öldü

10:22 - 22 Sentyabr 2022 - HADİSƏ

Goranboy rayonunda 12 yaşlı uşaq yaşadığı evdə ölüb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu dünyasını dəyişib.

Orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti