Beyləqanda evdə yanğın hadisəsi baş verib.
Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Beyləqan rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.