Azərbaycanda əcnəbi hamamda öldü

09:40 - 21 Sentyabr 2022 - HADİSƏ

Azərbaycanda əcnəbi ölüb.

Hadisə sentyabrın 20-də Abşeron rayonunun Saray qəsəbəsi, Təzə Məhəllə yaşayış massivində qeydə alınıb.

Belə ki, Azərbaycan ərazisində müvəqqəti yaşayış icazəsi olan - Filippin vətəndaşı, 1951-ci il təvəllüdlü Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.///unikal

Xəbər xətti