Astarada avtobus işıq dirəyinə çırpılıb, xəsarət alan var

17:49 - 20 Sentyabr 2022 - HADİSƏ

Astarada sərnişin avtobusu qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə rayonun Şahagaci kəndi ərazisində baş verib. Avtobusda yaranan texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və maşın yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin nəticəsində avtobus deformasiyaya uğrayıb.

Hadisə baş verən anda avtobusda sərnişin olmayıb. Sürücü, 1961-ci il təvəllüdlü Camal Kamal oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Kəllə-beyin travması alan sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti