Bakıda avtobusa hücum edən şəxs saxlanıldı - VİDEO (YENİLƏNİB)

15:07 - 20 Sentyabr 2022 - HADİSƏ

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”, - deyə məlumatda qeyd edilib.

11:49

Bakıda naməlum şəxs "BakuBus" sürücüsünə hücum edib


Ucnoqta.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəd yayılıb. Belə ki, naməlum şəxs sürücünü vuraraq, avtobusun şüşəsini qırıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti