Gəncədə yeniyetməni qətlə yetirən şəxs tutulub.
APA-nın məlumatına görə, hadisəni şəhər sakini, 1983-cü il təvəllüdlü Mövsümov Azər Abuzər oğlunun törətdiyi məlum olub. O, saxlanılıb.
Bildirilir ki, mərhumun atası Vidadi Novruzovla tanışı Azər Mövsümov arasında mübahisə düşüb. Bu zaman onları sakitləşdirmək istəyən 2005-ci il təvəllüdlü Həsən Novruzov Azər Mövsümov tərəfindən bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan orada ölüb. Faktla bağlı araşdırma aparılır.