Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

23:16 - 19 Sentyabr 2022 - HADİSƏ

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Piyada, Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Malik Qardaşəli oğlu Qasımovu “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti