Ağstafada 4 otaqlı ev yandı

16:28 - 19 Sentyabr 2022 - HADİSƏ

Ağstafada evdə yanğın olub.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 264 m² sahədə və içərisindəki ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti