Gədəbəydə avtomobilə çırpılan atlı öldü

10:25 - 19 Sentyabr 2022 - HADİSƏ

Gədəbəydə ölümlə nəticələnən yol qəzası olub.

Rayon sakini Elgün Abbasov atla hərəkət edən zaman avtomobillərin səs siqnalı verməsi nəticəsində at hürkərək qarşı yolda hərəkət edən Alim Əsgərovun idarə etdiyi "VAZ 21214" markalı avtomobilə çırpılıb.

Nəticədə Elgün Abbasov atın üzərindən yıxılaraq ölüb.

Faktla bağlı cinayət işi başlanıb.///apa

Xəbər xətti