SalyandaTürkiyə vətəndaşı faciəvi şəkildə öldü

10:06 - 19 Sentyabr 2022 - HADİSƏ

Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Salyan rayonunda qeydə alınıb.

Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Xəbər xətti