Cəlilabadda 16 yaşlı qız qəfil öldü

22:28 - 18 Sentyabr 2022 - HADİSƏ

Cəlilabad rayonunun Sabirabad kəndində şagird yaşadığı evdə ölü tapılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, kənd sakini, 2006-ci il təvəllüdlü İlkanə Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.

Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda mərhumun ölüm səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti