Cəlilabadda 11-ci sinif şagirdi qəfil vəfat etdi

17:35 - 18 Sentyabr 2022 - HADİSƏ

Cəlilabad rayonunun Sabirabad kəndində şagird yaşadığı evdə ölü tapılıb.

Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.

Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda mərhumun ölüm səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti