BMW-dən 8 minə yaxın pul oğurlayan keçmiş məhkum saxlanıldı

13:04 - 17 Sentyabr 2022 - HADİSƏ

Bakıda “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 14-də Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə bu barədə müraciət daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti