Bakı-Qazax yolunda yük maşını aşdı, yol bağlandı

18:37 - 16 Sentyabr 2022 - HADİSƏ

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “KAMAZ” markalı yük maşınının təkəri partlayıb. Daha sonra yük maşını aşıb, yük yerində olan çuğundur yola dağılıb. Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Xəbər xətti