Çinin Çanşa şəhərində “China Telecom” şirkətinin binasında güclü yanğın baş verib.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 15:30-da başlayan yanğın yerinə 300 yanğınsöndürən və 40 texnika cəlb olunub.
Məlumata görə, alov 42 mərtəbəli binanın 10 mərtəbəsini əhatə edib.
Yanğın nəticəsində ölənlərin sayı barədə məlumat yoxdur.