Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.
19:05
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu APA-ya açıqlamasında qeyd edib ki, məsələ Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Hazırda Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, atası tərəfindən bacısının ərinə zorla ərə verilən qadın hazırda Bakıdakı sığınacaqlardan birində yerləşdirilib. O, həmçinin zorakılığa məruz qalıb. Qadın yerləşdirildiyi sığınacaqdan qardaşı və digər şəxs tərəfindən çıxarılmağa cəhd edilsə də, hazırda sığınacaqdadır.
17:35
Yardımlı rayonunda ata qızını digər qızının əri ilə evləndirməyə çalışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Qadın və Uşaq Sığınacağı"nın rəhbəri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, Yardımlıdan ayaqyalın Bakıya gələn qadın bildirib ki, 3 il evlilikdən sonra boşanaraq atasının evinə gedib. Ata qızını bir müddət saxladıqdan sonra onu digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Arvana kənd məktəbinin direktoru vəsifəsində çalışır.
"Ata qızına bildirib ki, bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır sənə də yaxşı baxacaq, imkanı yaxşıdır sən də onunla evlənməlisən... Məktəb direktoru qıza məcburi kəbin kəsdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini "Səninlə kəbin üçün 40 manat pul vermişəm" deyərək evinə aparmaq istəyib.
Bildirilib ki, qadın Binəqədi Rayon Polis idarəsi tərəfindən sığınacağa yerləşdirilib.///unikal