Bakıda 17 yaşlı qız itkin düşüb - FOTO

10:51 - 15 Sentyabr 2022 - HADİSƏ

Bakıda 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edədər qızı 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

O, həmin gündən bərı qızı barədə məlumat ala bilmədiyini qeyd edib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 


Xəbər xətti