Mingəçevirdə çay qırağında asılmış vəziyyətdə kişi meyiti aşkarlanıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Kür çayının Sahil parkı ərazisindən keçən hissəsində baş verib. Belə ki, qazi 1987-ci il təvəllüdlü Abuşov Elvin Füzuli oğlu çay sahilində asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma başlanıb.