Səbaildə moped oğrusu saxlanıldı

11:49 - 14 Sentyabr 2022 - HADİSƏ

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Buxta küçəsindən R.Əliyevə məxsus 1500 manat dəyərində “Moon” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini Vüsal Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti