69 yaşlı qadın qətlə yetirildi

11:27 - 14 Sentyabr 2022 - HADİSƏ

Masallı rayonunda qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə rayonun Hacıtəpə kəndində yaşayan 1953-cü il təvəllüdlü Sona Əlihəsən qızı Əzizova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Az sonra o, qanaxma səbəbindən vəfat edib.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti