Sevgilisi azərbaycanlı bloqeri xəncərlə öldürmək istədi - Foto

13:44 - 13 Sentyabr 2022 - HADİSƏ

Bloqer Atlas Fərəcova sevgilisi tərəfindən döyüldüyünü iddia edib. 

Bu barədə o, idarə etdiyi “materazzi.13” adlı instaqram səhifəsində bildirib.

Fərəcova zorakılığa məruz qaldığını əks etdirən şəkilləri yayımlayıb və bunları yazıb: “İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da”.

“Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam”, - deyə əlavə edib.

Bloqer Daxili İşlər Nazirliyinə müraciət edib. ///qafqazinfo


Xəbər xətti