Azərbaycanda universitet kitabxanasında yanğın - FOTO

12:51 - 13 Sentyabr 2022 - HADİSƏ

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında yanğın başlayıb.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının başvermə səbəbləri hələ məlum deyil. Binada olan şəxslər təxliyə edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 


Xəbər xətti