Yaşlı kişi oğlu və gəlini tərəfindən döyüldu

21:17 - 11 Sentyabr 2022 - HADİSƏ

Göygöldə döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Ağdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Hüseynov Məmmədəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerldirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə M.Hüseynov gəlini və oğlu tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti