Bakı şəhərinin Sabunçu rayonunda istixana (hazırda fəaliyyət göstərmir) ərazisində 0,2 ha sahədə quru ot, ümumi sahəsi 200 m² olan istixananın üzərinə və dam örtüyünə çəkilən 2 ədəd şüşə-pambıq üzlük 120 m² sahədə yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, istixananın qalan hissəsi və digər istixanalar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.