Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb

10:58 - 10 Sentyabr 2022 - HADİSƏ

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb. Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

09:18

Xırdalanda çoxmərtəbəli yaşayış binası yanır.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti