Bakıda tuneldə qəza yollarda sıxlıq yaratdı - FOTO

10:18 - 9 Sentyabr 2022 - HADİSƏ

Bakıda tuneldə qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Heydər Əliyev prospekti, Bağırov körpüsü (tuneldə), mərkəz istiqamətində qeydə alınıb.

Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.

 


Xəbər xətti