Sükan arxasında yatan "Prius” sürücüsü qəza törətdi - FOTO

08:56 - 9 Sentyabr 2022 - HADİSƏ

Bakının Səbail rayonunda avtomobil işıq dirəyinə çırpılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. O, sükana nəzarəti itirərək maşını yüksək sürətlə işıq dirəyinə çırpıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində işıq dirəyi sıradan çıxıb. Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.///apa


Xəbər xətti