Levandovski Çempionlar Liqasında həftənin oyunçusu seçilib

20:07 - 8 Sentyabr 2022 - İDMAN

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun qalibi olub.

34 yaşlı polyak hesabat turunda “Barselona” ilə ev oyununda Çexiya “Viktoriya”sının qapısına üç dəfə məhsuldar zərbə endirdiyinə görə həftənin futbolçusu seçilib.

Levandovskinin qolları “Barselona”ya 5:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, Robert bu yay “Bavariya”dan katalon klubuna keçib.

Xəbər xətti