Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubuna qarşı keçirdiyi oyunlardan danışıb.
Ucnoqta.az xəbər verir ki, o, çexiyalıların haqsız şəkildə ÇL-in qrup mərhələsində olduğunu bildirib:
Ştrayx qeyd edib ki, qitənin ən nüfuzlu klub yarışının qrupunda “Qarabağ” oynamalı idi: ““Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya qarşı keçirdiyi son oyunu izləmişəm. Çexiyalılar iki hücum etdi və haqsız şəkildə 2:1 hesablı qələbə qazandı. Son oyun olmasaydı, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəkdilər”.