Biləsuvarda kişi qardaşı oğlunu silahla hədələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E. Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub.
Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A. Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A. Mehtiyev saxlanılıb.
Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.