Bu sahibkarlara vergi güzəştləri edilə bilər

11:45 - 8 Sentyabr 2022 - ÖLKƏ İÇİ

"Bəzi ölkələrdə təhsilə ianə edən şirkətlərə vergi və ya digər güzəştlər olunur. Biz də bu təcrübəni öyrənirik". 

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Sədr təhsil üçün ianələrin kütləvi hal alacağı təqdirdə, sahibkarlara müəyyən güzəştlərin edilməsi barədə müvafiq qurumlara müraciət oluna biləcəyini vurğulayıb.
"Gələcəkdə zərurət yaranarsa, bu istiqamətdə müvafiq qurumlara müraciət edəcəyik".

Xəbər xətti