Azərbaycanda 10-ci sinif şagirdi vəfat etdi - Foto

22:35 - 7 Sentyabr 2022 - HADİSƏ

Bu gün Cəbrayıl rayon X. Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Həmzəyev İba Zahid oğlu xəstəlikdən dünyasını dəyişib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə məktəbin rəsmi feysbuk səhifəsində yazılıb.

“Məktəbimizdə təhsil aldığı müddətdə öz sinif yoldaşlarının və müəllimlərin hörmətini qazanmışdır. İqtisadiyyatçi olmaq, özünün xeyriyyə idarəsini qurub ehtiyacı olanlara, kimsəsizlərə kömək etmək istəyirdi. Əlindən gələn qədər deyil, daha artıq çalışıb daha çox kömək etmək fikrində idi. Məktəbimiz adından ailəsinə başsağlığı verir, dərdlərinə şərik oluruq”, - deyə məktəbin yaydığı məlumatda deyilir.

Xəbər xətti