Bakıda gənc oğlan binadan yerə düşüb

21:27 - 7 Sentyabr 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb. O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb. Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Xəbər xətti