Azərbaycanda ata evdən gedən qızını öldürdü - FOTO

16:42 - 7 Sentyabr 2022 - HADİSƏ

Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ağsu rayon Pirhəsənli kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev Abşeron rayona gələrək qızı Aybəniz Abdullayevanı bıçaqla qətlə yetirib.

Xatırladaq ki, sentyabrın 2-də Ağsu rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər xətti