“Trabzonspor”dan ayrılan hücumçu: "Mən “Qarabağ”a gəlirəm"

16:00 - 7 Sentyabr 2022 - İDMAN

“Qarabağ” klubu “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta  ilə anlaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də icarə əsasında oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. İki il burada oynadıqdan sonra İngiltərə “Blekbern”inə transfer olunub.

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyunda 27 qol vurub. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 17 oyunda 14 qol vurmağı bacarıb.

///Qafqazinfo

Xəbər xətti