"Çelsi" Tomas Tuxelin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, klub 49 yaşlı mütəxəssislə əməkdaşlığın dayandırıldığı barədə məlumat yayıb.
Yeni baş məşqçi təyin olunana qədər məşqçilər korpusu komandanın məşqini və qarşıdakı oyunlara hazırlığını öz üzərinə götürəcək.
Qeyd edək ki, “Çelsi” “Dinamo”ya 0:1 hesabı ilə uduzub.
Tuxel 2021-ci ilin yanvarında "Çelsi"yə rəhbərlik edib. O, klubu ilə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.