“Leypsiq” klubu baş məşqçi Domeniko Tedeskonun vəzifəsindən azad edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, "Spartak"ın sabiq məşqçisi komandanın Çempionlar Liqasının 1-ci turunda Donetsk "Şaxtyor"una məğlubiyyətindən (1:4) sonra istefaya göndərilib.
Həmçinin komandanı köməkçi məşqçilər Andreas Hinkel və Maks Urvançki tərk edirlər. Onların hamısı əvvəllər “Spartak”da çalışıblar.
Komandanın yeni başməşqçisinin əvvəllər Dortmund "Bavariya"sına rəhbərlik etmiş Marko Rouz olacağı güman edilir.
Bundesliqada "Leyptsiq" beş turda cəmi bir qələbə qazanıb.
.