Bakıda 13 yaşlı oğlan itkin düşdü

09:41 - 7 Sentyabr 2022 - HADİSƏ

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 5-də paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Rəhmatulin Nihat Sənan oğlu yaşadığı evi xəbərsiz tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti