Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın ana olması ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB

11:05 - 7 Sentyabr 2022 - ÖLKƏ İÇİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.

 

Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.

T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

09:21

Azərbaycanda 13 yaşlı qız ana olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, qız təcavüzə məruz qaldığını bildirib: “Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

Xəbər xətti