Bakıda köşkdən lotereya biletləri OĞURLANDI

19:38 - 6 Sentyabr 2022 - HADİSƏ

Bakıda köşk qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1900 manat dəyərində lotereya biletləri oğurlanıb.

Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti