Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

11:15 - 6 Sentyabr 2022 - İDMAN

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" (Bratislava) və Litvanın "Jalqris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununu idarə ədəcək.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də baş tutacaq.

Xəbər xətti