Bu gün səhər saatlarından başlanan güclü külək paytaxtın bir neçə küçəsində fəsadlar törədib.
Murad Mirzəyev və Abbas Mirzə Şərifzadə küçələrində quru ağaclar qırılaraq yolun hərəkət hissəsini kəsib.
Qırılmış ağaclar gediş-gəlişə maneələr törədib. Əraziyə cəlb olunan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri yolu təmizləyib, ağaclar doğranaraq daşınıb və hərəkət bərpa edilib.///Apa