Ötən gün sosial şəbəkələrdə gənc oğlanın azyaşlı uşağa siqaret çəkdirməsi ilə bağlı videogörüntü yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs taksi sürücüsü Orxan Mustafayevdir.
Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2000-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb:
“O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq qazanmaq, diqqət çəkmək üçün belə bir paylaşım edim. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.