Gəncədə oğlan anasının evindən 14 min dollar oğurladı

16:14 - 5 Sentyabr 2022 - HADİSƏ

Gəncə şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti