Türkiyə helikopteri qəzaya uğradı: şəhid var

16:03 - 5 Sentyabr 2022 - HADİSƏ

Türkiyə ordusuna məxsus hərbi helikopter İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı aparılan ərazidə qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Sikorski” tipli helikopter yerə sərt eniş edib. Helikopterdə olan 8 nəfərdən yeddisi xilas edilib.

Qəza nəticəsində çavuş Ümid Kesti həlak olub.

Hadisə bazar günü, sentyabrın 4-ü, saat 23:45-də baş verib.

Xəbər xətti