Üzərinə benzin tökərək yandıran əlil xəstəxanada öldü

10:34 - 5 Sentyabr 2022 - HADİSƏ

Ucarda dünən özünü yandıran kişi ölüb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ucar rayonunun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov sentyabrın 4-də yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində aldığı xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakıdakı 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti