Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var

09:44 - 5 Sentyabr 2022 - HADİSƏ

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaraqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti