Goranboy sakini Gəncədə intihar etdi

10:05 - 5 Sentyabr 2022 - HADİSƏ

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Goranboy sakini 1996-cı il təvəllüdlü Elsəvər Şükükov şəhərdə qohumlarının evində özünü asıb.

Onun meyti yaxınları tərəfindən evin eyvanında asılmış vəziyyətdə tapılıb.

Meyit adiyyatı üzrə təhvil verilib.

Məlumata görə, E.Şükürov Ruhi Əsəb Dispanserində qeydiyyatda olub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti