Goranboyda minik avtomobili aşıb, ölən var
23:57 - 4 Sentyabr 2022 - HADİSƏ
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 1 qadın ölüb,3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.