Ucar sakini özünü yandırıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün rayonun Alpout kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü Nazir Məmmədhəsən oğlu Həsənov intihar etmək məqsədi ilə özünü yandırıb.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, N. Həsənovun vəziyyəti kəskin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.